Badamdarda sürüşmə davam edir - Mərkəzin əməkdaşları tədqiqat aparan zaman evin hasarı uçub + FOTO

img

16-10-2018 [20:22]


Badamdar-20-ci sahə şosesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayiət olunur.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  Mia.az-a verlən məlumata görə,  mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Məlumatda bildirilib ki, oktyabrın 12-dən başlayaraq, RSMX-nin əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar: "İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların başvermə ehtimalı yüksəkdir. Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq