Prezident Yaqub Eyyubovun oğlu ilə Tarik Əliyevi geri çağırdı - Yeni təyinatlar oldu

img

16-10-2018 [18:23]


 Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib.

Başqa bir sərəncama əsasən isə Emin Yaqub oğlu Eyyubov isə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər sərəncamına əsasən, Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Tarik İsmayıl oğlu Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR