Zaqatalada caqqal həyətə girərək ev sahibinə xəsarət yetirib

img

16-10-2018 [18:02]


 Zaqatala rayonunda yırtıcı heyvan həyətə girərək ev sahibinə xəsarət yetirib.

"Report"un Zaqatala-Balakən bürosunun veridyi məlumata görə, hadisə rayonun Muğanlı kəndi ərazisində baş verib.

Belə ki, gecə saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Çingiz Tanrıqulu oğlu Əhmədovun yaşadığı evin həyətinə çaqqal girib. ev sahibi çaqqalı həyətdən qovan zaman yırtıcı ona hücum edərək onun bədəninin yuxarı ətrafını və barmaqlarını dişləyərək çeynəyib.

Qonşuların köməkliyi ilə Ç.Əhmədov yırtıcıdan xilas edilib və çaqqal öldürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report”un yerli bürosuna bildirlib ki, Ç.Əhmədova ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra nəzarət altında olmaq şərti ilə ambulator müalicəyə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR