"Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşına hökm oxunub

img

16-10-2018 [15:33]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, M.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin mərkəzində yerləşən "Leo disko" gecə klubunda baş verib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR