ABŞ-ın San Fransisko şəhər rəhbərliyi Azərbaycanla bağlı bəyannaməsi qəbul etdi - Açıqlama

img

16-10-2018 [14:07]


ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.

Daha sonra sənəddə San Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycanın Dövlət Müstəqilliyi Günü təbrik edilir.

Qeyd edək ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı