Spikerdən deputatlara xəbərdarlıq: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”

img

16-10-2018 [13:45]


Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

İclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb.

Belə ki, səsvermədə 79 deputat iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: "Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR