"Haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə..." - Deputatdan etiraz

img

16-10-2018 [13:25]


"Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur”.

 Modern.az-ın məlumatına görə, parlamentin iclasında deputat Siyavuş Novruzov deyib. 

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğunu bildirən S. Novruzov burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinə olduğunu dilə gətirib: "Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq”.

Siyavuş Novruzov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib. 

Onun sözlərinə görə, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər: "Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub”.

 S. Novruzov əlavə edib ki, ezam olunanlarla, həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı