16-10-2018 [12:25]
Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Baş nazirin müavini Hacıabala Abutalıbov maraqlı açıqlamalar verib.
O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib: "Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.
Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib: "Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz”.
Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddialarını da cavablandırıb: "Sizin mülahizələriniz var ki, bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm.
Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, "ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb.
İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq”.
H.Abutalıbov hər zaman ünsiyyətdə olduğu jurnalistlərə də çağırış edib: "Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünavanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır. Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”.
Baş nazir müavininin "Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz” sualına cavabı belə olub: "Yox, mən ümumiyyətlə deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da, sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar”.
Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.
Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.
Təbiət Tarixi Muzeyi Elm və Təhsil Nazirliyinə verilib
Sabahdan ölkədə 7 gün iş olmayacaq
Rusiya MN: "Donbas bölgəsindəki daha bir qəsəbəni tutduq"
3 saylı Uşaq Evində qanunn pozuntuları aşkarlanıb
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Blinken ərəb ölkələrinə səfərə gedir: "Qəzzada əhali ciddi ərzaq böhranı ilə üz-üzədir"
Türkiyə səfiri: "Üzünüzdən sevinc əskik olmasın!"
Məktəblərdə dərslər nə vaxt başlayacaq? - Açıqlama
"Trabzonspor"a 2 qol vuran Fredin xanımı elə mesaj paylaşdı ki... - "Yengə bu işi bilir" - FOTO
Sumqayıtda 7 yaşlı uşağı zalda öldürən məşqçiyə ağır cəza verildi
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: daha 21 qanun dəyişir - SİYAHI
"Qalatasaray" prezidentindən super kubok oyunu ilə bağlı açıqlama: "Oyunun təxirə salınması..."
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
“Zəfər meydanı”ndan başlayan Novruz bayramı
Bakcell maraqlı paylaşım edib
Yeni idman kanalına lisenziya verilib
“Ulduz”un yeni sayı çap olunub
Suriya ordusu ilə İranın dəstəklədiyi qruplardan Türkiyəyə qarşı birgə əməliyyat - İdlibdə 14 bölgəyə hücum başlayıb
Deputatın "siyasi alveri" təsdiqləndi: "Dedi, ailəmin pula ehtiyacı var, ev almalıyam"
Sabah yağış yağacaq
Macarıstan - Türkiyə matçı TRT SPOR-da canlı yayımlanacaq - Heyətdə dəyişiklik olub
Mingəçevirdə 15 nəfərin 200 min manatını ələ keçirən şəxs tutulub
Nəsimi rayonunda “Milli-mənəvi dəyərlərimiz və sağlam cəmiyyət” adlı tədbir keçirilib - FOTOLAR
İcra başçısı 58 min manata xidməti maşın alıb
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Latsio" "Qalatasaray"ın sabiq baş məşqçisi ilə anlaşıb
AXCP Daşkəsən rayon şöbəsinin sədri niyə saxlanılıb? - DİN açıqladı
Xankəndidə yenə silah-sursat aşkarlanıb
FHN-dən əhaliyə - Xəbərdarlıq
Haitidə xaos - Silahlı dəstələr arasında insidentdə daha 10 nəfər ölüb, yaralılar var
İsrail Dəməşqi yenə bombalayıb
Azərbaycan nefti bahalaşıb
Saatlıda polis əməliyyatı: saxlanılanlar var -FOTO
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...