Jurnalistin ürəyinə təcili stend qoyulacaq, sonra isə... - Səbuhi Məmmədli Ukraynaya getdi

img

16-10-2018 [12:14]


"Bu gün günortadan sonra Kiyevə yola düşürəm. Biri gün isə Poltava xəstəxanasında müayinədən keçəcəm. Ürək damarlarıma iki stend qoyulacaq. Ola bilsin ki, açıq ürək əməliyyatı olundum. Təbii, bu da həkimlərin rəyinə əsasən  aparılacaq. Eyni zamanda, qaraciyərimdə də ciddi problemlər var. Bu da uzun illərin fəsadlarının nəticəsidir. Güman edirəm ki, sağlam şəkildə vətənimə və qızım Sədəfin yanına dönəcəm. Poltavada əməliyyat olunandan sonra yaxınlıqdakı Mirqorod şəhərinə gedib qaraciyər və şəkərin müalicəsi ilə məşğul olacam”. 

Bunu Modern.az-a açıqlamasında tanınmış jurnalist Səbuhi Məmmədli səhhətindən danışarkən deyib.

Səbuhi Məmmədli bildirib ki, ürəyinə təcili stend qoyulmalıdır: "Bildiyiniz kimi, keçən ayın əvvəllərində infarkt keçirmişdim. Belə ki, şəkərin  müalicəsi üçün Ukraynada olanda qəfil infarkt keçirtdim. Poltava  vilayət xəstəxanasının həkimləri, xüsusilə, ürək cərrahı, kardioloq Roman Ryabuşka məni ölümün pəncəsindən qurtardı. 14  günlük xəstəxanada qalandan sonra məlum oldu ki, daha iki əməliyyat keçirməliyəm. Bir damarda 87, digərində isə 77% tıxanma var. Bunlara stend qoyulmalıdır. Həkim bunun təcili olduğunu söyləyir.  Çünki ikinci infarkt ölümə də səbəb ola bilər”. 

Jurnalist başda prezident İlham Əliyev olmaqla müalicəsinə dəstək verən hər kəsə -təşəkkür etdiyini söyləyib: "Bildiyiniz kimi, Ukraynadan Azərbaycana qayıdandan sonra işlədiyim yer bağlanmışdı və mən işsiz idim. Təbii ki, maddi çətinliklər vardı. Ona görə də Facebook vasitəsilə dostlarıma, həmkarlarıma müraciət etdim. 

Yeri gəlmişkən,  mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bundan sonra isə müalicə xərclərini ödəmək üçün kampaniyaya başlanıldı. Amma həmin ərəfədə  gözləmədiyim bir hal baş verdi. Mövcud durumumla bağlı saytlar, qəzetlər yazdı. Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşov müalicəmlə bağlı ölkə rəhbərinə müraciət etdi. Təvazökarlıqdan uzaq da olsa, mətbuatdakı xidmətlərim nəzərə alındı. Cənab prezident müalicə olunmağımla bağlı göstəriş verdi. Bu, mənim üçün sevindirici  və gözlənilməz bir haldır. Cənab prezident İlham Əliyevə, Prezidentin köməkçisi Əli Həsənova, millət vəkili Əflatun Amaşova, mənə dəstək verən hər kəsə təşəkkür edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq