"İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə" dəyişdi - Hökumətdən daha bir qərar

img

16-10-2018 [10:47]


Baş nazir Novruz Məmmədov "İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə"ni təsdiqləyib. 

Mia.az Nazirlər Kabinetinə istinadən bildirir ki, Novruz Məmmədovun imzaladığı qərara əsasən, icra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi qaydalarında aşağıdakı dəyişikliklər həyata keçirilib:

1. "İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 470; 2002, № 5, maddə 317, № 10, maddə 635; 2010, № 1, maddələr 53, 60, № 11, maddə 1040; 2018, № 3, maddə 576) adına, 1-ci hissəsinə, həmin qərarla təsdiq edilmiş "İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin adına və I bölməsinin 1-ci hissəsinə "İcra” sözündən sonra "xidməti icra” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 534, № 10, maddə 635; 2010, № 11, maddə 1040) ilə təsdiq edilmiş "İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nın 1-ci və 5-ci hissələrinə "icra məmurlarının” sözlərindən əvvəl "icra xidməti” sözləri əlavə edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı