Qarabağ qazisi Etimad Əsədov vəfat etdi...

img

16-10-2018 [10:31]


"Qarabağ qaziləri” İctimai Birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov 55 yaşında vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə qazi Rey Kərimöğlu məlumat verib.

O qeyd edib ki, Etimad Əsədovun cənazəsi bu gün saat 14:00-da yaşadığı evdən (Yeni Günəşli qəsəbəsində, Qartala çatmamış yolun sağından işıqforu keçən kimi sağda həyət evlərinə gedən yolda) dəfnə götürüləcək.

Xatırladaq ki, Etimad Əsədov 1963-cü ilin dekabrın 20-də Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.

836 saylı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını itirib.

O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı