Qazaxıstan XİN: "Xəzər beşliyi" ölkələri yeni görüşlər seriyası hazırlayır

img

15-10-2018 [17:53]


 "Xəzər beşliyi" ölkələri yaxın zamanlarda Xəzəryanı ölkələrin liderlərinin bu ilin avqust ayında Aktauda keçirilmiş sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bir sıra görüşlər keçirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

O, gözlənilən görüşlərin yeri və zamanı, formatı və gündəliyi barədə məlumat verməyib.

Qazaxıstan XİN başçısı bu işdə prioritet vəzifələr kimi Konvensiyanın ən qısa zamanda təsdiqlənməsini, Xəzər məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlamasını və bu çərçivədə birbaşa sahil xətlərinin müəyyən edilməsi metodologiyasının razılaşdırılmasını vurğulayıb.

Qeyd edək ki, avqustun 12-də keçirilmiş Aktau sammitinin əsas nəticəsi Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin Xəzər dənizinin hüquqi stutusu haqqında Konvensiyanı imzalaması olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq