Bərdədə ov zamanı bədbəxt hadisə - 24 yaşlı gənc sinif yoldaşını güllələdi

img

15-10-2018 [17:24]


Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.

Bərdə rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı