Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıldı - Açıqlama

img

15-10-2018 [17:15]


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıb.

Bu barədə Mərkəzdən Mia.az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonunda, Badamdar-20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı qurumun əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər: "Hazırda Mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb".

Qeyd edilib ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq, hökümətə təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı