“BakuBus” sərnişini məhkəməyə verdi - Heç nədən 2300 manat tələb edir

img

13-10-2018 [20:32]


"BakuBus” MMC sərnişini məhkəməyə verib.

Bu barədə jurnalist Elməddin Muradlı məlumat verib. Bildirib ki, hələ ki adı açıqlanmayan vətəndaşın məhkəməyə verilməsinə səbəb avtobusun pəncərəsini bağlayarkən sındırması olub.

Belə ki, avtobusdan istifadə edən sərnişin nəfəsliyi bağlamaq istəyərkən, şüşəsi sınıb. Daha sonra kameradan baxış keçirilib. Məlum olub ki, sərnişin bilərəkdən etməyib və günahı yoxdur. Ona "narahat olmayın, sizlik bir şey yoxdur, gedin” deyilib. "BakuBus”dan sərnişinə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyi bildirilib.

6 ay sonra isə həmin şəxsə məhkəməyə verildiyinə dair məktub gəlib. Məlum olub ki, sığorta şirkəti pulu ödəməkdən imtina edib, bu səbəbdən də MMC nəfəsliyin şüşəsinin pulunu almaq üçün vətəndaşı məhkəməyə verib.

Maraqlı məqam isə ondan ibarətdir ki, sərnişindən bir nəfəsliyin şüşəsinə dəymiş zərərə görə 2300 manat tələb olunur.

BakuPost-un əməkdaşı məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. Qurum rəsmisi müxtəlif bəhanələrlə açıqlama verməkdən boyun qaçırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR