12-10-2018 [20:21]
Zamirə Hacıyeva milyonları dünyaca ünlü alış-veriş mərkəzində necə əridə bilərdi?..
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın əməkdaşı adı son günlər yerli və dünya KİV-nin gündəmindən düşməyən, Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın milyonlar xərclədiyi məşhur "Harrods” univermağından reportaj hazırlayıb.
Mia.az həmin reportajı təqdim edir:
- Bu boyunbağı neçiyədir?
- 30.000 funta.
- Aha, bəs onun yanındakı?
Sualı soruşmazdan əvvəl bir anlıq məndə boyunbağının çox da baha olmayacağı hissi yaranır, ona görə də qiyməti satıcıdan soruşmaq cürətini özümdə tapıram. Eşitdiyim rəqəmin qarşısında heç də pərt olmadığımı göstərmək üçün boyunbağının yanındakı bir neçə bilərziyin qiymətini də soruşuram. Nə yaxşı ki, bu seçdiklərim, elə də baha olmur, ən azı Zamirə xanım üçün... Eləcə 5-6 min funt. Gözüm yenə 30 minlik (66 min manatlıq) boyunbağıda qalır. Elə onda boyunbağının kənarlarındakı arxa arxaya düzülmüş brilliantlara gözüm sataşır. Satıcının cavabını indi daha da yaxşı dərk edirəm.
Bura Londonun mərkəzindəki bahalı, brend markaların "göz bəbəyi” olan "Harrods” alış veriş mərkəzidir və mən də "Cartier” adlı mağazadayam. Çoxlarınız yəqin ki, Beynəlxalq Bankın prezidentinin qaçaq xanımı Zamirə Hacıyevanın "Harrods sərgüzəştləri” haqqında oxumusunuz, eşitmisiniz. Artıq bütün Britaniya mətbuatı bundan yazır.
10 il ərzində bu alış-veriş mərkəzində Zamirə Hacıyeva 16 milyon funt (21 milyon dollar) xərcləyib. Bir çoxlarınıza bu qəribə gələ bilər, hətta bəziləri "görəsən bu boyda pulu nəyə, necə xərcləyib?”, deyə, fikirləşə bilər. Elə mən də, ağlımda bu sualla getmişdim "Harrods”a. Amma qiymətlərlə yaxından maraqlandıqca başa düşürəm ki, 16 milyon funt bu alış-veriş mərkəzi üçün elə də ciddi bir rəqəm deyil. Bax, elə məsəl üçün Zamirə Hacıyevanın mənim olduğum "Cartier” adlı mağazadaki xərcləmələrinə baxaq. O, burdan 100.000 funt dəyərində alış-veriş edib.
"Cartier” fransız brendidir, dünyanın ən lüks qızıl, ləl-cəvahir mağazaları arasındadır. Ən bahalı daş-qaşlar arasında 18 karatlıq ağ briliantlarla bəzədilmiş 48 min funtluq bilərzikləri göstərmək olar. Elə bir-iki bilərzik, boyunbağı almaqla 100.000 funt çox qısa zamanda bitir, yəni bu "Cartier” üçün çox da böyük məbləğ sayılmır. Düzdür, "Cartier”də 1000-2000 funt dəyərində xırda karatlı üzüklər, balaca sırğalar, bilərziklər də var, ancaq inanmıram ki, xanım Hacıyeva öz dəyərli vaxtını 100 ədəd 1000 funtluq, ya da 50 ədəd 2000 funtluq qır-qızılları seçməklə xərcləsin.
Zamirə xanım ilə bağlı çıxan xəbərlərdə adamın ən çox xətrinə dəyən məsələ isə özünə 1800 funtluq şərab bazarlığı etməsinin yazılması, bu faktın yazılacaq qədər ingilis jurnalistlərə dəyərli gəlməsi oldu. "Harrods”da elə gözucu baxdığım bir neçə şərabın qiyməti minimum 100 funtdan başlayıb, 2000-3000 funta qədər çıxır. Yəni mən əslində 1800 funtun şərab zirzəmisinin yenilənməsi üçün xərclənməsini lazımı qədər güclü rəqəm hesab etmirəm. Bəlkə də Zamirə xanım, elə bircə butulka şərab alıbmış özünə, məsələ mətbuatın böyütdüyü kimi deyilmiş. Yəni indi insanlar durub bircə butulka şərabın da hesabatını versin?
Heç də elə deyil, bunu bilin. Giriş mərtəbəsində, siz kosmetika mallarından, cürbəcür xoş ətirli parfumeriyadan ala bilərsiniz. Bunların qiyməti 30-100 funt arasında dəyişir və siz öz büdcənizə uyğun bazarlıq edə bilərsiniz. Harrods’un giriş mərtbəsində isə yemək, restoran, şirniyyat bölümü, ikinci mərtəbə də isə hədiyyəlik əşya bölümü var. Siz burdan Azərbaycandakı dostlarınıza 5-10 funtluq şirniyyatlardan, çaylardan, hədiyyələrdən alıb apara bilərsiniz. Əmin olun ki, o dostunuz sizə ömür boyu çox böyük hörmət göstərəcək. Axı, onlara bu hədiyyə "Harrods”dan alınıb.
Siz brend paltarlara baxıb-baxıb ah çəkməkdən yorulub, bir stəkan çay və ballı tort da yeyə bilərsiniz burdaki kafelərdən birində. Dediyim kimi, bunun üçün sizin Beynəlxalq Bankdan oğurluq etmənizə ehtiyac yoxdur. Hətta burda meyvə, tərəvəz də satılır.
"Harrods”a bir neçə addımlıq yerimə məsafəsindəki 11 milyon yarım funta aldığı evi nəzərdə tutmuram. Bakıdakı evini deyirəm. Amma heç inanmıram, Bakıda "Yaşıl bazar” dura-dura "Harrods”dan meyvə alsın.Ümumiyyətlə isə, Buçeron adlı brend saat-parfümeriya mağazasından bir dəfəyə 150 minlik bazarlıq etmək varkən, niyə insan meyvə-tərəvəz bölümünə getsin ki...
Ancaq inanıram ki, Zamirə xanım Londonda qaldığı günlərdə Bakıdan ötrü darıxanda gedib "Harrods”dan bir-iki kilo kürü alıb yeyib. İngiltərə mediası bunu da araşdıra bilər...
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı