Türk məhkəməsi rahib Bransonu buraxdı - ABŞ-la Türkiyə arasındakı böhran başa çatdı

img

12-10-2018 [17:40]


Türkiyə ilə ABŞ arasında böyük gərginliyə və sanksiayalara səbəb olan və İzmirdə ev dustağı edilmiş rahib Branson bu gün 4-cü dəfə İzmir Ağır Cəza Məhkəməsində hakimlərin qarşısına  çıxarılıb.

Mia.az bildirir ki, Bransonun üzərindəki ittiham və ölkədən çıxışına qadağadan bəhs edən şikayəti üzrə keçirilən iclasda prokuror ittihamı müdafiə edib. 

O, rahibin terror təşkilatlarına üzv olmaqda ittiham olunduğunu əsaslandırıb, onun 5 ildən 10 ilədək həbslə cəzalandırılmasını tələb edib.

Hakimlər ittihamnaməni dinləyib və rahib haqda 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilmə cəzası kəsib. Daha sonra isə məhkəmə rahibin bu müddəti həbsdə keçirdiyini nəzərə alaraq, onu zalda azadlığa buraxıb. 

Məhkəmə, eyni zamanda, onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib. 

Bu isə o deməkdir ki, rahib artıq vətəni ABŞ-a dönəcək və bununla da iki dövlət arasındakı böhran başa çatdı. 

Onu da qeyd edək ki, Branson məhkəmədə həyat yoldaşı ilə üz-üzə gələrkən göz yaşını saxlaya bilməyib.

Onu da xatırladaq ki, dünən Ankara və Vaşinqtonun amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə etməsi barədə  "The Washington Post" qəzeti yazı dərc etmişdi. 

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edib ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxılacaq.  O da iddia olunub ki, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR