Ziyafət Əsgərov deputatlara irad tutdu: “Zalda səs-küy var!”

12-10-2018 [16:19]

Parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatları səs verməyə çağırıb.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun səsverməsi zamanı iclasa sədrlik edən Ziyafət Əsgərov yetərsayın olmadığını bildirib.

O, deputatları yenidən səsvermədə iştirak etməyə çağırıb.

Birinci vitse-spiker daha sonra iclas zalındakı səs-küyə görə də deputatlara irad tutub: "Zalda səs-küy var. Xahiş edirəm sakitliyə riayət edək!”.


Milli Məclisin bugünkü iclasına Ziyafət Əsgərov sədrlik edir.





SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi