ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Seymur Verdizadə: "Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir" - Cəlilabadda tədbir + FOTO - mia.az
Şriftin ölçüsü / 166 dəfə oxunub

Seymur Verdizadə: "Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir" - Cəlilabadda tədbir + FOTO

12 Oktyabr 2018 [13:16]
Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir. 

Birlikdən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Cəlilabad şəhərində baş tutub. 

Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər.

Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov təmsil etdiyi qurumin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. L.Hüseynov deyib ki, QHT-lərin iştirakı ilə keçirilən ictimai müzakirələr hər iki tərəf üçün faydalıdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə milli maarqların qorunması ümummili məsələ oldğu üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidirlər.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, məqsəd informasiya resurslarında, xüsusən sosial şəbəkələrdə gənclərin milli-mənəvi dəyərləri qorumasını təmin etmək, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdan ibarətdir: "Hazırda uşaqların internetdən istifadəsi say etibarilə yüksək səviyyədədir. Amma keyfiyyət məsələsi təəssüf ki, bizim istədiyimiz səviyyədə deyil. Bu kimi tədbirlərin keçirilməsində də məqsəd bu cür problelərə qarşı həssas yanaşmağımızdan ibarətdir. Ümumiyyətlə, bütün sosial platformalar "virtual küçə” adlandırılır. Amma bura nəzarət mexanizmi demək olar ki, yoxdur. Sosial şəbəkələr yeniyetmə və gənclərimiz üçün enerji qəbiristanlığına çevrilməməlidir. Gənclərimizin öz vaxtlarını daha səmərəli keçirmələrinin qayğısına qalmalıyıq”.

Seymur Verdizadə daha sonra bildirib ki, internet əsrinin müasir çağdaşlarından olan sosial media artıq ənənəvi medianı üstələməkdədir: "Klassik mediadan fərqli olaraq sosial mediada informasiya mübadiləsi daha sürətlə reallaşır, paylaşılan informasiyalar daha geniş oxucu auditoriyası tərəfindən oxunur. Ölkəmizdə söz və ifadə azadlığı ilə yanaşı, azad internet mühitinin də olması, sosial media üzərində vahid nəzarət mexanizminin olmaması bir sıra fanatik və radikal dini qrupların bu platformada təbliğat və cəlbetmə kampaniyaları aparmasına rəvac verir. Buna görə də hər bir sosial şəbəkə iştirakçısı diqqətli olmalı, təxribat meyllərinin qarşısının alınmasına çalışmalıdır”.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR