Şriftin ölçüsü / 102 dəfə oxunub

Con Bolton Azərbaycana gələcək - Trampın müşaviri səfər xəbərini təsdiqlədi

12 Oktyabr 2018 [12:19]
ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfər edəcək.

Bu barədə o, özünün Tvitter hesabında yazıb.

Bolton Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanı da ziyarət edəcək: "Oktyabrın 20-də həmkarlarım və digər yüksək rütbəli yetkililərlə Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana gedirəm”.

O, səfər çərçivəsində bölgənin təhlükəsizlik məsələlərini və ABŞ-ın regiondakı fəaliyyətini müzakirə edəcəklərini diqqətə çatdırıb/Teleqraf.com.


SON XƏBƏRLƏR
00:03 18.10.2018