ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Jurnalistlərin binasına qaz verilmir - "Azəriqaz" yaratdığı problemlərə aydınlıq gətirmir - mia.az
Şriftin ölçüsü / 218 dəfə oxunub

Jurnalistlərin binasına qaz verilmir - "Azəriqaz" yaratdığı problemlərə aydınlıq gətirmir

11 Oktyabr 2018 [21:39]
"Azəriqaz" İstehsalat Birliyi Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün tikilmiş binaya 3 gündür qaz vermir.

Bu barədə Mia.az-a jurnalistlər məlumat verib.

Onların sözlərinə görə, son üç gündə demək olar ki, jurnalistlərin biinasında qaz yoxdur: "Qaz fasilələrlə verilir. Veriləndə də həddən artıq zəif təzyiqlə verilir, qazın yalnız işartısı olur. Bununla adicə su qaynatmaq mümkün deyil".

Jurnalistlərin sözlərinə görə, "Azərqaz"ın bu binada yaratdığı digər problem isə qazın həddən artıq çirkli olmasıdır: "Qaz həddən artıq çirkli verilir. Kəskin iylidir, nə edirsənsə, et, amma hissinin qarşısını almaq mümkün deyil. Axı şəhərin mərkəzində niyə belə olmalıdır?!".

Məsələ ilə bağlı jurnalistlər "Azəriqaz"a çoxsaylı şikayət və müraciətlər də ediblər: "Amma görünən odur ki, bunun heç bir faydası yoxdur. Hazırda evdə tok peçindən istifadə edirik". 

Məlumata görə, jurnalistlər problemlə bağlı ölkə başçısına müraciət etməyə hazırlaşırlar.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR