Şriftin ölçüsü / 169 dəfə oxunub

"Həmin şəxslərin səfirlə heç bir qohumluq əlaqəsi yoxdur" - Səfirlik açıqlama yaydı

11 Oktyabr 2018 [18:40]
Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları, Ukrayna ictimaiyyəti arasında narazılığa səbəb olub. 

Azərbaycanın Ukraynadakı səfirliyindən Mia.az-a verilən məlumata görə, xüsusi ilə  oktyabrın 9-da üç azərbaycanlı gəncin ukraynalı bloqerlərə qarşı qeyri-etik davranışları ilə bağlı yayılan videogörüntüdə azərbaycanlı gəncin guya Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması ilə bağlı səfirliyə çoxsaylı müraciətlər daxil olub:

"Qeyd edilən şəxslərin Azərbaycanın Ukraynadakı səfiri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Hətta həmin gənclərin hər hansı qohumu səfirlikdə çalışmır. Bu cür halların baş verməsi isə təəssüf hissi yaradır".

Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır

Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, yaxın günlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və ziyalılarının iştirakı soydaşlarımızın Ukraynadakı vəziyyəti, problemlər və qarşıda duran məsələlərə dair "dəyirmi masa” təşkil ediləcək”.


SON XƏBƏRLƏR