Şriftin ölçüsü / 74 dəfə oxunub

"Status-kvo qəbul edilməzdir və dayanıqlı deyil" - XİN-dən Gentin açıqlamasına reaksiya

11 Oktyabr 2018 [16:40]
 "Almaniya Federativ Respublikası (AFR) Hökumətinin Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR Hökumətinin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımır. Xatırlatmaq istərdik ki, Almaniya Federal Kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı".

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva AFR Hökumətinin Almaniya Bundestaqından gələn Almaniya-Ermənistan münasibətlərinə dair və ABŞ dövlət katibinin köməkçisinin müavini C.Kentin Bakıda mətbuat açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyə münasibət bildirərkən deyib:

"Həmçinin ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi.

Hər iki bəyanat, beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir.

Beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbul edilməzdir və dayanıqlı deyil".


SON XƏBƏRLƏR