Türkiyədə Səudiyyə Ərəbistanına məxsus təyyarədə yoxlama - 2 milyon dollarlıq narkotik aşkarlanıb

img

11-10-2018 [13:07]


 Türkiyənin Adana şəhərinin Şakirpaşa hava limanında Səudiyyə Ərəbistanına məxsus yük təyyarəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 965 min ədəd narkotik həb aşkarlanaraq müsadirə edilib.

"Report” "Anadolu”ya istinadən xəbər verir ki, bunu Adana əyalətinin prokuroru Ömər Faruk Yurdagül bildirib.

Onun sözlərinə görə, faktla bağlı istintaq başlayıb.

Bildirilib ki, aşkar edilən narkotik həbin dəyəri 14 milyon lirədir (təxminən, 2 milyon 300 min dollar).

Digər xəbərlər
SON XƏBƏRLƏR