Gürcüstanda azərbaycanlı fermerlər iranlı investoru mal-qaranı zəhərləməkdə ittiham edir - Təfərrüat

img

11-10-2018 [12:34]


 Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlıların yaşadığı Yormuğanlı kəndində mal-qara kütləvi şəkildə tələf olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, kənd sakinləri mal-qaranın xəstəlikdən tələf olmadığını iddia edirlər. Çoban və fermerlər 50 qoyunun tələf olduğu, 100-150 qoyunun isə zəhərləndiyini bildiriblər.

Mal-qara sahiblərinin sözlərinə görə, onlar buğda və su təknəsində siçovul dərmanı aşkar ediblər. Fermerlər heyvanların tələf olmasında İrandan olan investoru ittiham ediblər. Onların sözlərinə görə, artıq neçə aydır ki, kənd sakinləri və investor arasında mübahisə yaranıb.

Kənd sakinlərinin sözlərinə görə, İran vətəndaşı torpaq sahələrini alıb və digər fermerlərin otlaqlardan istifadəsinə icazə vermir.

Fermerlərdən biri Məmməd Kərəmov deyib ki, Yormuğanlı kəndinin ətraf torpaq sahələri iranlıya satılıb: "Torpaq sahələri İran vətəndaşının mülkiyyətindədir. Qoyunların zəhərlənərək tələf edilməsi ilə bağlı sübutlarımız var”.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR