Baş həkim piyadını maşınla vurub öldürdü - Bakıda

img

11-10-2018 [12:01]


Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hunday Sonata" markalı 90 BB 636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR