Putinlə Tramp görüşəcək - Tarix və yeri açıqlandı

img

10-10-2018 [21:17]


ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ilin əvvəlində Finlandiyada yenidən görüşə bilərlər.

"RİA Novosti” xəbər verir ki, hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.

Hazırda gürüşün tarixi razılaşdırılır. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günü göstərilir.

Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında sonuncu görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub