QHT Biləsuvarda sosial şəbəkələrin durumunu müzakirə edib - Tədbir + FOTO

img

10-10-2018 [21:03]


Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir. 

Birlikdən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Biləsuvar şəhərində baş tutub. 

Tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər.

Biləsuvar rayon rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, yerli icra hakimiyyəti QHT-lərin təşəbbüsünə həmişə həssas yanaşır, ictimai müzakirələrin təşkilində yaxından iştirak edir. K.Qurbanlı deyib ki, sosial şəbəkələrdə milli maarqların qorunması ümummili məsələ oldğu üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidirlər.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə bildirib ki, ölkədə internetin geniş zəmin tapdığı indiki .ərait söz və ifadə azadlığı baxımından pozitiv məqamdır. Bununla belə, çalışmaq lazımdır ki, fərdlərin social şəbəkələrdən istifadəsi cəmiyyətin mənafeyinə zidd olmasın. Onun sözlərinə görə, xüsusilə ekstremal situasiyalar zamanı sosial şəbəkələrdə yaradılan ictimai rəy mənfi fəsadlar doğura bilər. S.Verdizadə vurğulayıb ki, qeyd olunan tendensiya dünyanın bir çox ölkələri üçün xarakterikdir. Bu məsələdə qanunveriiclik tədbirləri ilə yanaşı, toplantıların da mühüm təsir gücü var.

Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov sosial şəbəkə iştirakçısı olan gəncləri milli maraqların fəal müdafiəçisi olmağa səsləyib. Qeyd edib ki, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün sosial şəbəkələrin imkanlarından maksimum istifadə etmək lazımdır.

Tədbir iştirakçıların çıxışları ətrafında müzakirələr əsasında davam etdirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR