Şriftin ölçüsü / 58 dəfə oxunub

“Hazırda Avropa Şurası böhran yaşayır” - Deputat

10 Oktyabr 2018 [20:09]
"Hazırda Avropa Şurası böhran yaşayır”. 

"Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Avropa Şurasının gələcəyinə həsr edilmiş müzakirələr zamanı deyib. 

Onun sözlərinə görə, Avropa Şurası bu gün düşdüyü vəziyyəti dərindən təhlil etməlidir: "Avropa Şurasının bugünkü problemi düşündüyümüz kimi heç də yalnız maliyyə məsələsi deyil. Dəyərlərimiz ətrafında yenidən düşünməliyik. Avropa Şurasının yaşadığı bugünkü çətin vəziyyəti dərindən təhlil etdikdən sonra gələcək üçün qarşımıza yeni hədəflər qoya bilərik. Bunun üçün qrup, yaxud komissiya yaratmalıyıq. Həmin qurum da böhrandan çıxmağımız üçün konkret təkliflər hazırlamalıdır. Avropa Şurasına 47 üzv dövlətin 8-i digər üzv ölkə ilə müharibə vəziyyətindədir. Biz Avropa Şurasının tərkibinə yeni ideyalar gətirməliyik ki, onlar bütün üzv ölkələrə uyğun gəlsin və qəbul edilsin. Biz bir-birimizə qulaq asmağı və bir-birimizə hörmət etməyi özümüzə adət etməliyik”.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb. S.Seyidov oktyabrın 9-da keçirilən müzakirələrdə də Avropa Şurasının dəyərlərini dəyişməyə çağırıb. 


SON XƏBƏRLƏR