Komitə 14 dini icmaya maşın verdi - FOTO

img

10-10-2018 [17:56]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. 

Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. 

Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya "NAZ Lifan 330” markalı avtomobillər verilib.

Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodunda elektromobil avtomobillərin istehsalına hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır

Digər xəbərlər
SON XƏBƏRLƏR