Jurnalisti 15 nəfərlik sui-qəsd dəstəsi öldürüb? - Sensasion iddia + FOTO

img

10-10-2018 [17:33]


Türkiyənin hökumətyönlü qəzeti bildirir ki, tanınmış səudiyyəli jurnalistə görə göndərilmiş 15 nəfərlik "sui-qəsd dəstəsi”ni müəyyənləşdirib. 

Türkiyə rəsmiləri yazar Camal Xaşuqçinin İstanbuldakı Səudiyyə səfirliyində öldürüldüyünü iddia edirlər.

"Sabah” qəzeti 10 oktyabr buraxılışında 15 səudiyyəlinin adlarını və fotolarını dərc edib. Onların jurnalist yoxa çıxdığı gün Türkiyəyə iki özəl təyyarə ilə getdiyi qeyd olunur. Fotoların aeroportun təhlükəsizlik kameraları ilə çəkildiyi görünür.

Xaşuqçi oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna girəndən sonra yoxa çıxıb. O, türkiyəli nişanlısı ilə evlənməkdən ötrü gərəkən sənədləşmə işini bitirmək istəyirdi.

Türkiyə rəsmiləri onun konsulluq daxilində öldürüldüyünü deyir, Səudiyyə Ərəbistanı bu iddianı rədd edir. Təhlükəsizlik mənbələri qəzetə deyiblər ki, 15 səudiyyəli İstanbula daxil olub, Xaşuqçi  konsulluğa gedən gün onlar da orada olublar və daha sonra ölkəni tərk ediblər.

Türkiyənin Xarici İşlər Nazirliyi oktyabrın 9-da bildirib ki, Səudiyyə rəsmiləri İstanbuldakı konsulluqda araşdırma aparılmasına icazə verib. Prezident Rəcəp Tayyip Ərdogan bu işi həll etməyin onun siyasi və humanitar borcu olduğunu deyib.

Keçmiş qəzet redaktoru olan Xaşuqçi  Səudiyyə Ərəbistanından ötən il çıxıb. O, ölkənin Yəmən müharibəsindəki siyasətini, narazıları susdurmasını tənqid etdiyinə görə ondan qisas alına biləcəyini söyləyib/Strateq.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR