Telefon qovşağından mənimsəmə: "Pul daxil olmasından xəbərim olmayıb"

img

10-10-2018 [14:05]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Qəbələ Telekommunikasiya Qovşağının 3 əməkdaşı şahid qismində ifadə verib.

Qovşağın sahə rəisi Namiq Eyyubov dindirilən zaman istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Qəbələ şəhərində kabel çəkilişinə rəhbərlik etmişəm. Mal-materialı qovşaqdan qaimə ilə götürürdük. Qovşağa pul daxil olmasından xəbərim olmayıb. Kotirovka komissiyasında da iştirak etməmişəm, sadəcə, qol çəkmişəm".

Digər şahidlər də eyni məzmunlu ifadələr veriblər.

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR