Sadələşdirilmiş vergi ilə bağlı yenilik - Gələn ildən tətbiq olunacaq

img

10-10-2018 [10:55]


Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bir sıra dəyişikliklərin anonsunu verib.

M.Cababrovun nitqində diqqətçəkən anonslardan biri sadələşdirilmiş verginin azaldılması ilə bağlıdır:
"Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib”, - nazir bildirib.

M.Cabbarov sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacağını vurğulayıb:

"Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq”.

Modern.az-ın məsələ ilə bağlı hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, dəyişikliklərin 2019-cu ildə reallaşacağı gözlənilir: "İlkin olaraq sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsi daraldılacaq”.

Mənbəmiz bildirir ki, bu yenilik sadələşdirilmiş verginin hamı tərəfindən tətbiq edilməsinin qarşısını alacaq:

"Sadələşdirilmiş verginin tətbiq dairəsi daraldılaraq, yalnız kiçik sahibkarları əhatə edəcək. İri sahibkarlar daha az vergi ödəmək üçün özlərini kiçik sahibkar kimi təqdim edə bilməyəcəklər. Bütün bu yeniliklər 2019-cu ildən tətbiq olunmağa başlayacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR