"Murdar insanlar yalan informasiyalar yayırlar" - İlyas İsmayılov oğlunun ölümündən danışdı

img

09-10-2018 [14:49]


Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilməsindən 20 günə yaxın vaxt keçir.

Mia.az xəbər verir ki, Modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayaraq, istintaq işinin gedişi ilə maraqlanıb.

O, açıqlamasında deyib ki, YouTube sosial şəbəkəsini məhkəməyə verməyi düşünürlər.

"Vəkillə danışdım. YouTube kanalında həqiqəti əks etdirməyən yazılar gedir. Hamısı yalandır. Yəqin ki, YouTube kanalını məhkəməyə verəcəklər. Bilirsiz, işin içində deyiləm. İş Türkiyədə gedir. Məsələnin məzmunundan da xəbərim yoxdu. Etimadın qatilə heç bir borcu olmayıb. Onun Etimada borcu olub. Əksinə, Etimad həmişə ondan borcunun qaytarılmasını tələb edib. Belə bir atalar sözü var: "Borclu borclunun sağlığını istəyər”. Yaxşı, o zaman borclunu niyə öldürürlər ki?!”.

İlyas İsmayılov bəzi insanların Etimad İsmayılovun faciəsindən istifadə etməsini qınayıb:

"Təəssüf ki, murdar insanlar yalan informasiyalar yayırlar. Bəzi insanlar o dərəcədə xəbisdirlər ki, bu faciədən də öz məqsədləri üçün istifadə edirlər. Allah onların başına gətirsin!”.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR