06-10-2018 [15:01]
Hesablama Palatası "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Dünya Bankının krediti hesabına həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri – II” Layihəsi üzrə vəsaitlərdən istifadə ilə bağlı auditin nəticələrini açıqlayıb.
Palatadan verilən məlumata görə, audit 2015-2017-ci illərdə görülən işləri əhatə edib.
Araşdırma zamanı məlum olub ki, tikintisi başa çatmış bəzi şəbəkə və obyektlərin "Azərsu” ASC-yə təhvil-təslim işləri müvafiq qaydada rəsmləşdirilməmiş, Lerik, Masallı və İsmayıllı rayonları üzrə su və kanalizasiya şəbəkəsinin qurulması nəticəsində torpaq kateqoriyalarının təyinatının dəyişilməsinə yol verilmişdir.
Layihə çərçivəsində maliyyə əməliyyatları Layihənin Əməliyyat Təlimatına uyğun aparılsa da, Azərbaycan tərəfinin payı olaraq dövlət büdcəsindən müvafiq illər üzrə ayrılmış vəsaitlərin xərclənməsinə dair maliyyə planları tərtib edilməmiş, layihənin davamlılığına aid qərar qəbul etmək, eləcə də gələcək sublayihələrin və digər layihələrin, bütövlükdə sektorun fəaliyyətinin yaxşılaşdırılmasına töhfə verə biləcək təcrübələri müəyyən etmək məqsədi ilə Layihənin dövri qiymətləndirilməsi və inkişaf səmərəliliyinə dair Hesabatların (təhlillərin) tərtib edilməməsi Layihə məqsədlərinin və davamlılığın uyğunluğunun yerinə yetirilmə dərəcəsini müəyyən etməkdə çətinlik yaratmışdır. Layihənin əhəmiyyətliliyini və məqsədini özündə ehtiva edən sosial-ekoloji və texniki hədəflərin icra səviyyəsinin Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmamış, həmçinin bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13%-17% təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olmuşdur.
Dünya Bankının Missiyasının yaddaş qeydlərində bir sıra podratçıların işlərinin tamamlanmasına və sınaq dövrünün keçməsinə baxmayaraq, "Azərsu” ASC ilə təhvil-təslim işlərinin rəsmiləşməməsi, görülmüş işlərin davamlılığına və keyfiyyətinə təsir imkanları riskini artırmış olması və Layihə çərçivəsində bu kimi halların davam etməsi içməli suyun xlorlanması üzrə yeni qurğuların bəzi rayonlarda fəaliyyət göstərməməsi, içməli suyun su sisteminə təmizlənməmiş ötürülməsi, bir sıra həyət evlərinin əksəriyyətinin yeni kanalizasiya quyularına qoşulmaması, rayonlarda yağış sularının müvafiq idarəçiliyinin olmaması, yağış sularının kanalizasiya sisteminə axıdılmasının yeni qurğuların istismarına mane olması, torpaq ayırma işlərinin tam rəsmiləşməməsi, layihənin əhatə etdiyi rayonlar üzrə kadastr planlarının hazırlanmaması və s. bu kimi halların ifadə olunması iri maliyyə tutumlu "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri – II” Layihəsində nəzərdə tutulmuş məqsədlərə, inkişaf səmərəliliyinə, davamlılığa, həmçinin keyfiyyət, etibarlılıq və dayanıqlılıq kimi əsas göstəricilərə təsir edən amillər kimi qiymətləndirilə bilər.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, müəyyən olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-ə göndərilib.
Auditin nəticəsi barədə Milli Məclisə də məlumat verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"