Bakıda cüdo üzrə dünya çempionatı - Üç ölkə ilk medallarını qazanıb

img

24-09-2018 [18:28]


Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üç ölkə ilk medallarını qazanıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, qadınların mübarizəsində 70 kq, kişilərdə isə 90 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Qadınların mübarizəsində kolumbiyalı Yuri Alvear bürünc medal qazanmaqla ölkəsinə ilk medalı qazandırıb. Bu çəkidə digər bürünc medalı yaponiyalı Yoko Ono əldə edib. Onun həmyerlisi Arai Tidzuru finalda fransalı Mari-Eva Qayeni məğlub edərək dünya çempionu olub. Fransalı idmançı da ölkəsinə ilk medallardan birini qazandırıb.

Kişilərin mübarizəsində isə Nikoloz Şerazadişvili qızıl medal qazanaraq İspaniyanın ilk medalını rəsmiləşdirib. O, finalda kubalı Silva Moralesi üstələyib. Gümüş mükafatın sahibi olan idmançı da ölkəsinə ilk medalı qazandırıb. Bu çəkidə bürnc medalları isə yaponiyalı Kenta Naqasava və fransalı Aksel Klerje əldə edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR