Dövlət Turizm Agentliyinin aparatında nə qədər işçi olacaq? - Prezidentdən fərman

img

21-09-2018 [18:12]


Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmanə əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə belə qərar alınıb:

1. "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı