Bakı aeroportunda azyaşlı ağlayaraq Binəli Yıldırımı qucaqladı - VİDEO

img

21-09-2018 [11:46]


Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasına qatılmaq üçün Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana gəlib.

Heydər Əliyev Hava Limanında B.Yıldırımı Azərbaycan Milli Məclisin sədr müavini Valeh Əsgərov və bir sıra hökumət nümayəndələri qarşılayıblar.

Qarşılanmadan sonra hava limanının zalına daxil olan Binəli Yıldırım burada həyacanlı anlar yaşayıb. Belə ki, B.Yıldırımı hava limanında görən, Məhəmməd Taha adlı azyaşlı onun yanına gələrək ağlamağa başlayıb. Bundan sonra azyaşlı B.Yıldırıma sarılaraq bu sözləri deyib: "Mən sizi çox istəyirəm”.

Məhəmməd Tahanın göz yaşlarını silən Binəli Yıldırım da ona sarılaraq üzündən öpüb/Unikal.org

Həmin duyğusal görüntüləri sizlərə təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı