"Beşiktaş" qalıb gəldi, "Akhisarspor" isə evində uduzdu - Avropa Liqası

img

20-09-2018 [23:53]


Avropa Liqasında qrup mərhələsində bu gün "Beşiktaş" Norveç "Sarpsborq" komandası ilə qarşılaşmadan qalıb ayrılıb.

Mia.az bildirir ki, Türkiyə komandası 3-1 hesabı ilə qalib gəlib.

Qolları 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko, 82-ci dəqiqədə Lens vurub. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 90+4-cü dəqiqədə norveçlilər türklərin qapısına qol vura bilib. 

Türkiyənin digər komandası "Akhisarspor" Rusiya "Krasnodar" klubu ilə evində bacara bilməyib - 0:1. 



Digər xəbərlər
SON XƏBƏRLƏR