Qoruqda qanunsuz ov edən Dövlətov saxlanıldı - Nazirlikdən açıqlama

img

20-09-2018 [19:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Mia.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub.

Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi və patron götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq