Tanınmış ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi

img

20-09-2018 [17:47]


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb.

R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub. R.Mahmudov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildəAstara rayonundaanadan olub. 1980-1991-ci illərdəAstara rayonundakıSəməd Vurğunadına orta məktəbi bitirib.

1991-1997-ci illərdəTürkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.

1997-2003-cü illərdəTürkiyə RespublikasındakıEge Universitetininürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.

2003-cü ildəTürkiyə RespublikasındakıEge Universitetində Uzmanlıq Diplomu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.


2015-ci ilAzərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdəYeni Azərbaycan Partiyasındannamizədliyi irəli sürərək, 77 saylıAstaraseçki dairəsindən deputat seçilib.


R.Mahmudov bu yaxınlaradək - 2018-ci ilin may ayınadəkRespublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhəbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR