Prezident İlham Əliyev bir çox ölkələrin spikerlərini və NATO baş katibinin müavinini qəbul etdi - FOTO

img

20-09-2018 [17:31]


 Prezident İlham Əliyev sentyabrın 20-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.  

***

Pezident İlham Əliyev bu gün, eyni zamanda, NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR