“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər” – Partiya sədrindən müxalifətə sərt reaksiya

img

20-09-2018 [16:52]


"Əgər müxalifət 25 il xalqı aldadıb, başının altına yastıq qoyubsa, bu, müxalifət deyil. Belə bir qüvvədən müsbət nəsə gözləməyə dəyməz”.

Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsələndirib. O bildirib ki, müxalifət adlandırılan düşərgənin liderlərindən sayılan Əli Kərimli güllələnməlidir. Onun sözlərinə görə, 25 ildir ki, bu adam muzdlu müxalifətçilik edir: 

"Əli Kərimli uzun illərdir ki, hakimiyyətdəki bəzi qüvvələrlə əməkdaşlıq edir. Onun cinayətlərinin üstünü də ört basdır ediblər. Azərbaycan xalqı bu adamları tanımalıdır. Cəmil Həsənli bütün günü xaricdədir. Bu necə müxalifətdir ki, milli maraqlara uyğun mövqedən çıxış eləmir. Bu adamlarımn hamızı xaricdəki havadarlarının sifarişinə uyğun, onların ssenarisi əsasında danışırlar. Məndə olan məlumata görə hakimiyyətdəki qruplardan biri Əli Kərimliyə ayda 100 min dollara qədər pul verir. Bax, beləcə xalqı aldadırlar”.

Partiya sədri radikal müxalifət qüvvələrinin bir araya gəlməməsi barədə də fikirlərini bildirib: "Bu adamlar bir-birinə qarşı o qədər düşmənçilik edirlər ki, heç Şəhidlər Xiyabanına da bir yerdə getmirlər. Bizim Qarabağ boyda problemimzi var. Paşinyan gündə ağzına gələni danışır. Belə olan halda biz bir arada olmalıyıq. Prezidentə bu məsələdə kömək etməliyik. Bunlar isə öz ciblərini güdürlər. Arif Hacılı nə vaxtdan müxalifət olub? Onun gəzdiyi maşını, yaşadığı dəbdəbəli evi nəylə alıb? İsa Qəmbəri hakimiyyət müalicəyə göndərdi. Bütün bu faktlar ortadadır, amma bunlar özlərini ana müxalifət elan edir. Mən hökumətin rüşvətxor nümayəndələrinə qarşı mübarizə aparanda ağız-burun əyirlər. Bunların bir hədəfi var, o da Prezidentdir. Hökumətin tərkibində o qədər xəyanətkar var ki, bu radikal müxalifətçilər onların birinin adını çəkmirlər, çünki onlardan qidalanırlar”.

H.Hacıyev deyib ki, hazırda müxalifət ölkədə növbədənkənar parlament seçkilərini gözləyirlər ki, hakimiyyətdən bir-iki mandat ala bilsinlər. "Bu müxalifət niyə ölkənin maraqlarına uyğun addımlar atmır. Müxalifətçilik Prezidentin gördüyü işlərə qara yaxmaq deyil. Bir nəfər hər şeyə cavabdeh ola bilməz. Bu adamı kimlər danışdırır? Nə qədər ki, Əli Həsənov kimi, Hacıbala Abutalıbov kimi baş nazirin müavinləri var, Prezident təklənmiş vəziyyətdə qalacaq. Bu liderciklərin hansı biri qabağa düşüb xalqın maraqlarına uyğun siyasət aparıb. Ona görə də müxalifət deyəndə Əli Kərimli, Cəmil Hsənli, İsa Qəmbər və digərlərini ora qatmayın. Danışırdılar ki, İlqar Məmmədov həbsdən çıxandan sonra filan şey olacaq. Nə oldu? Bu adamlardan müxalifət olmaz. Müxalifət bizik və üzərimizə düşəni edirik, bundan sonra da edəcəyik”, – deyə partiya sədri fikrini tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR