Vergi orqanlarında büdcədənkənar vəsaitdən KİV-ə maliyyə yardımı ayrılacaq

img

20-09-2018 [13:19]


Vergi orqanlarında büdcədənkənar vəsaitdən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımı ayrılacaq.

Bununla bağlı Nazirlər Kabineti "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydanın 3-cü (Büdcədənkənar vəsaitdən istifadə istiqamətləri) maddəsinə 3.2.7-ci yarımbəndi əlavə edilib.

Əlavəyə əsasən, vergi orqanlarında büdcədənkənar vəsaitindən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımı ayrılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR