Əcnəbi spikerlər Milli Məclisin xüsusi iclasına gəldilər - FOTOLAR

img

20-09-2018 [11:50]


Sabah - sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək.

Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda aşağıdakı ölkələrin parlament sədrləri iştirak edəcək.
1. Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Mladen Boşiç;

2. Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva;

3. Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari;

4. Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri;

5. Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla;

6. Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim;

7. Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Dastanbek Cumabekov;

8. Cibuti Respublikası Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd;

9. Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx;

10. Sudan Milli Məclisinin sədri İbrahim Əhməd Ömər.

Bundan əlavə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Həmçinin təntənəli iclasa Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri qatılması gözlənilir.

Xatırladaq ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq