Azərbaycanlı iş adamına İstanbulda sui-qəsd - İlyas İsmayılovun oğlu güllələnib (YENİLƏNİB)

img

19-09-2018 [23:54]


Azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb.

Mia.az türk mediasına istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. 

Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin yaxalanması üçün əməliyyata başlayıb.

** 

Məlumata görə, qətlə yetirilən iş adamının sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayilovun oğlu Etimad İsmayılovun olduğu bildirilir. O. həmçinin Ədalət Partiyasının birinci müavini idi.

Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

*** 

"Müsavat”ın məlumatına görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR