Zaqatalaya dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib - VİDEO

img

19-09-2018 [14:30]


Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.

"Report"un Zaqatala-Balakən bürosunun məlumatına görə, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. 

Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. 

Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR