"O dünyanı görüb qayıtdı..." - “CBC Sport” telekanalının rəhbəri infarkt keçirib

img

17-09-2018 [15:58]


"CBC Sport” telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.

Bu barədə onun aparıcı olan həyat yoldaşı Özgə Uzun sosial şəbəkədə məlumat yayıb.

Aparıcı Volkan Üstlə Mərkəzi Klinikada çəkilmiş fotosunu paylaşaraq həyat yoldaşının vəziyyətinin yaxşı olduğunu qeyd edib: "Volkan ağır infarkt keçirdi. O dünyanı görüb qayıtdı. Bəzən "şükür” deyə biləcəyiniz bütün minnət kəlmələrinin, duaların cəmidir. Demək istəyib amma dilə gətirmədiyiniz bir ifadə... 

Hadisə zamanı ani reflekslə və müdafiə ilə insan ayaq üstə dayanır, amma vəziyyət sovuşandan sonra ani "bum” deyə bir şey ürəyinizə, ruhunuza, beyninizə çarpır. "Beyin silkələnməsi” məcazi anlamda deyilmiş demək. Qızımızla da danışdıq. Atasına iynə vurulanda ağlayıb-ağlamadığını soruşdu. Ona başa düşəcəyi tərzdə bir müddət evə gəlməyəcəyini izah elədik. Başa düşdü. Bu gün həyatımızın yerdə qalan hissəsinin ilk gününü yaşayırıq. Şükür”.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR