Putin, Merkel, Ərdoğan və Makronun köməkçiləri İstanbulda bir araya gəldi: "İdlibə hücumun nəticələri çox ağır olacaq"

img

14-09-2018 [22:09]


Bu gün Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin nümayəndələri İstanbulda İran və Rusiyanın dəstəklədiyi  Əsəd rejiminin İdlibə gözlənilən hücumu ilə bağlı görüş keçiriblər. 

Mia.az xarici mətbuiata istinadən bildirir ki, prezident Ərdoğanın sözçüsü İbrahim Kalının rəhbərlik etdiyi Türkiyə heyəti ilə Rusiya, Fransa, Almaniya nümayəndələri əsasən İdlibdəki gərginliyi müzakirəyə çıxarıblar.

3 saat çəkən görüşdə tərəfləri Almaniyan Baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Jan Hecker, Fransa prezidentinin köməkçisi Filip Etyen və Rusiya prezidenti Putinin köməkçisi Yuri Uşakov təmsil edib.

Görüşdən sonra açıqlama verən İbrahim Kalın deyib ki, İdliblə bağlı həssas vəziyyət davam edir: "Xüsusilə İdlibə ediləcək hücumun nəticələri çox ağır olacaq. Bu hücum həm insan ölümlərinə, həm böyük bir köçə, həm də siyasi danışıqlara problem olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR