Bakıda bu yol müvəqqəti bağlanacaq - Xəbərdarlıq

img

14-09-2018 [21:00]


Bakının Binəqədi rayonunun Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sabah saat 23:00-dan o biri gün saat 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Mia.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR